Aktrisanın yataq otağına girmək baha başa gəldi – FOTO
Oskar mükafatı sahibi Sandra Ballakın fanatı yenidən məhkəmə qarşısına çıxacaq.
ANS PRESS-in məlumatına görə, məşhur Hollivud ulduzu Sandra Ballak bir müddət əvvəl onu izləyən, hətta evinin yataq otağına qədər girən pərəstişkarını polisə şikayət etmişdi.
Evə girən həmin pərəstişkar 39 yaşlı Coşa Korbet olub. Onun evində axtarış aparan polislər aktrisaya aid çox sayda fotoşəkillər, materiallar və məktublar aşkar edib.
Gözəl aktrisanın malikanəsinə daxil olarkən əli tüfəngli olan Korbet məhkəmə tərəfindən 185 min dollar pul ödəməli idi. Lakin onun bu pulu ödəməməsi yenidən keçirilən məhkəmə prosesi zamanı gündəmə gətirilib və 12 il həbsi istənilib.
Mənbə:> ANSPRESS