Bakıda sürücü maşını tələbə qızların üstünə sürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Avto

Bakıda sürücü maşını tələbə qızların üstünə sürdü

Bakıda sürücü maşını tələbə qızların üstünə sürdü


Bakıda metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında sürücü sürücü maşını tələbə qızların üstünə sürüb.

AzNews.info xəbər verir ki, hadisənin canlı şahidi olan jurnalist Rufik İsmayılov gördüklərini avtosfer.az-a danışıb:

“14 oktyabr tarixində axşamtərəfi işdən çıxıb «Elmlər Akademiyası» metrostansiyasının yanındakı dayanacağa gedərkən xoşagəlməz hadisənin şahidi olmuşam. Təqribən saat 17:40-17:55 radələrində metronun düz qarşısında - Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsindəki 4 yol ərazisində ağ rəngli, dövlət nömrə nişanı 99-GE-033 olan «KİA» markalı sedan (səhv etmirəmsə «KİA Optima» idi ) avtomobilini idarə edən gənc sürücünün kobud şəkildə yol hərəkəti qaydasını pozduğunu müşahidə etdim. Hüseyn Cavid prospekti ilə üzü Şəhidlər Xiyabanı-Vergilər Nazirliyi istiqamətində hərəkətdə olan avtomobilin sürücüsü metronun yanındakı 4 yolda, insanların gur olduğu yerdə işıqforun onun üçün qırmızı işığına əhəmiyyət vermədən öz hərəkət zolağından çıxaraq, qoşa xətti tapdalayıb əks yola çıxmaqla yanaşı, piyada zolağında maşını tələbə qızların üstünə sürürdü.

Ətrafda yol polisinin olmamasından sui-istifadə edən həmin sürücü heç nəyə əhəmiyyət vermədən qırmızı işıqda yoluna davam etdikdən sonra sağa Bəxtiyar Vahabzadə küçəsinə - Bakı Dövlət Universiteti istiqamətinə bir balaca dönüb daha sonra sola manevr edərək 4 yoldan gəldiyi yolla geriyə doğru istiqamət alırdı. 99-GE-033 dövlət nömrə nişanlı avtomobilin sürücüsü bu hərəkətini bir neçə dəfə təkrarlayaraq həm piyadalar, həm də digər sürücülər üçün təhlükəli anlar yaşadırdı. Mən həmin sürücünün kimliyini tanımıram və onunla hər hansı şəxsi-qərəzliyim yoxdur. Amma bir vətəndaş kimi bu mənzərədən narahatlıq keçirir, həmin sürücünün tapılaraq qanun çərçivəsində cəzalanmasını istəyirəm".

Jurnalist onu da qeyd edib ki, Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində ətrafı davamlı şəkildə nəzarətdə saxlayan 3 müşahidə kamerası var. Həmin kameralardan biri isə 99-GE-033 dövlət nömrə nişanlı avtomobilin hərəkət etdiyi yola tuşlanıb:

"Təbii ki, həmin sürücünün bütün qanunsuz hərəkətləri həmin kameraya düşüb”.

Mənbə: Avtosfer.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *