Dərslikdə şagirdlərin həyatı üçün təhlükə yaradan səhv – VİDEO
Məktəb dərsliyində aşkar olunmuş daha bir səhv neçə gündür ki, sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.
AzNews.info-nun xəzərxəbər-ə istinadən məlumatına görə, bu dəfəki səhv isə şagirdlər üçün həm də həyatı təhlükə yaradır. Çünki yalnışlıq yol hərəkəti qaydalarının öyrədilməsi ilə bağlıdır.
Balaca uşaqlara yolu dırnaqarası düzgün keçməyi öyrədən bu məlumat 2-ci sinif üçün “Həyat bilgisi” dərsliyində öz əksini tapıb. Fakt ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Çünki bu cür səhvlər ibtidai siniflərdə təhsil alan uşaqlar üçün həyatı təhlükə yarada bilər.
Dərsliyin müəlliflərindən biri Gülər Mehdiyeva bu tapşırıqda səhvin olduğunu etiraf edib. Vurğulayıb ki, əslində şəkildə baxış istiqaməti düzgün göstərilib, sadəcə mətndə texniki səhv gedib.
Gülər Mehdiyeva deyir ki, bu dərslik 2014-cü ildə çap edilib və növbəti nəşrlərdə fakt mütləq aradan qaldırılacaq.
Mənbə:> Xəzərxəbər