Azərbaycanlı dizaynerin işi 2015-ci ilin ixtiraları reytinqində – FOTO
Azərbaycanlı dizaynerin hazırladığı qurğu 2015-ci ilin ixtiraları reytinqinə daxil edilib.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, Brightside saytı bu ilin 20 ən maraqlı və lazımlı ixtirasını təqdim edib. Bunlar arasında azərbaycanlı dizayner Elnur Babayevin velosipedlər üçün icad etdiyi “Cyclee” qurğusu da yer alıb.
Bu proyektor tipli qurğu velosipedin oturacağına bərkidilir və smartfondakı proqramla idarə olunur.
Qurğu lazer vasitəsilə velosipedçinin kürəyində onun durmaq, dönmək, hərəkətdə olmaq kimi növbəti manevrlərini əks etdirir və hərəkət iştirakçılarına müvafiq xəbərdarlıq edir.
Mənbə:> AzərTAc