Rayon maşını olanlar Bakıya gəlməyin yolunu tapdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Rayon maşını olanlar Bakıya gəlməyin yolunu tapdı – 10 MANAT

Rayon maşını olanlar Bakıya gəlməyin yolunu tapdı


Bəzi rayon qeydiyyatında olan avtomobillərin sürücüləri “10 manatın canı sağ olsun” deyib istənilən vaxt Bakıya gələ bildiklərini söyləyirlər.

AzNews.info xəbər verir ki, bununla bağlı publika.az-ın əməkdaşına Müşfiqabad keçidində qarşılaşdığı sürücülər belə deyib.

Adını açıqlamayan həmin sürücü deyir ki, qadağa qoyulan gündən indiyədək paytaxta gündüz vaxtı bir neçə dəfə gəlib, hər dəfəsində də yol polisinə 10 manat rüşvət verib Bakıya girib.

Sürücünün bu iddialarına münasibət bildirən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev faktın araşdırılmalı olduğunu deyib:

“Avtomobildəki şəxs xəstə, yaxud Bakı qeydiyyatında olan məcburi köçkün ola bilər. İstənilən halda bu fakt araşdırılmalıdır. Kiminsə 5-10 manat verib, məhdudiyyət olan saatlarda paytaxta daxil olması ciddi ittihamdır. Bu halla rastlaşanlar bizə müraciət etməlidir. Həmin avtomobil sahibinin hansı saatda, necə keçməsi polis tərəfindən araşdırıla bilər. Bu zaman onun pul verib-verməməsi müəyyən olunar.

Kimisə buraxmayanda, duracaqda istiqamətləndirəndə insanlarda “yəqin məndən pul umurdu”, “10 manat versəm, buraxardı” kimi yanlış fikirlər yaranır. Yaxud qarşısındakı maşın buraxılırsa, səbəbini bilmədən rüşvət düşüncəsi, ya da kiminsə tanışı olması ağlına gəlir. O maşında xəstə olub-olmamasını bilmir. Sadəcə, rayon maşınının həmin postlardan daxil olmasını görüb belə fikirlər irəli sürürlər.

Anlamırıq ki, belə faktlar barədə nə üçün yol polisinə müraciət edilmir? Bunu aşkarlamaq bizim üçün də maraqlıdır. Bəlkə, kimlərsə bilərəkdən məlumat yayıb, polisi gözdən salmaq istəyir, ya da hansısa niyyəti var. Sürücülər Baş İdarəyə, “102” xidmətinə müraciət edə bilər. Onlar hamısı Baş İdarənin ünvanını çox yaxşı bilir. Nədənsə, belə məsələ qalxanda KİV-ə müraciət edirlər. Kimdənsə pul alınıbsa, yaxud kimsə belə bir fakt aşkarlayıbsa, maşının nömrəsini bizə təqdim etsin və məsələni araşdıraq”.

DYP rəsmisi deyir ki, qanun pozuntuları ilə rastlaşanda Baş İdarəyə müraciət etsinlər.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *