Göygöldə yaralanan şagird öldü
Göygöl rayonunda orta məktəbdə baş vermiş insidentlə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, sentyabrın 18-də saat 12 radələrində Göygöl rayonunun Çaykənd kənd orta məktəbinin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlunun məktəbin futbol meydançasında 125 mm-lik dəmir borulardan düzəldilmiş qapının dirəyindən sallaşan zaman əlləri sürüşərək yerə yıxılması və dəmir dirəyin üzərinə düşməsi nəticəsində bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilməsi və orada vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ölümün və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilməklə digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Mənbə:> Oxu.Az