Yeni tədris ili ilə əlaqədar piyada zolaqları çəkildi – FOTO
Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yeni tədris ilinin başlanması nəzərə alınaraq, piyada zolaqlarının yenidən rənglənməsi və yeni piyada zolaqlarının çəkilməsi işləri aparılıb.
ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, bu işlər piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsini təmin etmək məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən paytaxtın 91 küçə və prospektində həyata keçirilib.
Xüsusi olaraq məktəblərin yerləşdiyi küçə və prospektlərdə aparılan işlər nəticəsində 157 yerdə zebra tipli üfüqi nişanlama xətləri çəkilib. Bununla da piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsi təmin edilib.
Bundan başqa Bakı şəhərində 28 küçə və prospektdə 164 avtobus dayanacağında məlumatverici üfüqi nişanlanma xətləri də çəkilib.
Mənbə:> Oxu.Az