Bakı gəncləri böyüklərin buraxdıqları zibilləri təmizlədilər
Bakıda gənclər sahili tullantılardan təmizləyiblər.
Oxu.Az xəbər verir ki, dünən axşam bir qrup sosial-fəal gənc təmənnasız olaraq Şüvəlan çimərliyinin sahilini yığılmış tullantılardan təmizləməyə gediblər.
Fəallar həmçinin aksiya zamanı çəkilmiş fotoları paylaşıblar.
Onlar daha çox atılan tullantıların top-5 siyahısını tərtib ediblər:
“1) Şüşələr
2) Pampers
3) Sellofan paketlər
4) İynə, amplua, rezin və sistem üçün lazımi ləvazimat
5) geyim”- qrupun iştirakçılarından biri Lalə Quliyeva yazıb.
Mənbə:> Oxu.Az