Bakirəliyini 14 min dollara satan bakılı qızın FOTOLARI
Rusiyanın Perm vilayətinin Berezniki şəhərində zorlanmış azərbaycanlı bakirə qız pula hansı səbəbdən ehtiyac duyduğunu açıqlayıb.
“V kurse.ru” saytının yazdığına görə, xəstəxanada qız müstəntiqlərə atdığı addımın səbəbləri barədə danışıb, Oxu.Az xəbər verir.
Daimi gəlir yeri olmayan qızın yaşamaq üçün pula ehtiyacı olub. 20 yaşlı Kristina yetimdir. Onun atası bir neçə il əvvəl, anası isə bir müddət əvvəl dünyasını dəyişib.
Əvvəllər gənc Kristina müxtəlif şəhər və ölkələri gəzməyi xoşlayırmış. İşə yeni başlayan gənc aktrisanın məqsədi filmdə baş rolu oynamaq olub. Gənc qız arzusuna addım-addım yaxınlaşır - o, artıq Bakıda çəkilən bədii filmdə iştirak edib.
Bundan başqa, Kristina doğma şəhərinin ictimai həyatında da fəal iştirak edib. Ötən yayda o, Azərbaycanın paytaxtında keçirilmiş ilk Avropa Oyunlarında könüllülər qrupunun lideri olub.
Güman olunur ki, Bereznikidən olan 29 yaşlı Mixail onun macəralara olan hissləri ilə oynayıb və qız tələyə düşüb. Avqustun sonunda o, bakirəliyini 1 milyon rubla satmaq üçün Prikamyeyə gəlib. Lakin “alıcı” qızı aldadaraq, onu zorlayıb və mənzildə girov saxlayıb.
Bildirilir ki, Mixail adlı bu şəxs əvvəllər də başqa bir qızı amansızlıqla aldadıb.
Mənbə:> Oxu.Az