Bakıda molla: Wi-Fi haram deyil » AzNews.info -Xəbər portalı

Bakıda molla: Wi-Fi haram deyil – FOTO

Bakıda molla: Wi-Fi haram deyil


Bu gün Bakıda məscidlərdən birində maraqlı olay yaşanıb.

Oxu.Az xəbər verir ki, xütbə zamanı molla bu günlərdə sosial şəbəkələrdə yayılan və məscidin Wi-Fi şəbəkəsinə icazəsiz qoşulmağın haram olduğunu bildirən elanla bağlı danışıb.

Qeyd edək ki, həmin elanda deyilirdi:

“Məscidin işçi heyətindən savayı məscidin Wi-Fi-dan istifadə etməyə, eləcə də parolu qırmaq yolu ilə bu və ya digər şəkildə internet xəttinə qoşulmağa halallıq verilmir”.

Bu gün isə Bakıda böyük ehtimalla elə həmin elanın asıldığı məsciddə molla çıxışı zamanı bu məsələyə toxunub.

Molla bildirib ki, o, heç vaxt məscidin Wif-Fi şəbəkəsindən istifadənin qadağan olunduğunu deməyib.

“Wi-Fi halaldır. Amma o Wi-Fi ilə internetə girib söyüş yaxud qeybət yazsanız, o zaman Wi-Fi haramdır”, - deyə, molla bildirib.

Bakıda molla: Wi-Fi haram deyil

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *