Məşhur yazıçının "Quran" haqqında dedikləri dünyanı şoka saldı
Dünyanın ən məşhur yazıçılarından biri Paulo Koelhonun sosial şəbəkələrdən birində yazdığı şərh bütün dünya mediasının manşet xəbərinə çevrilib.
Ölkə.az xəbər verir ki, Qurani-Kərimin şəklini paylaşaraq altına "Dünyanı dəyişdirən kitab" yazıb.
Hiba Dakkak adlı bir ərəb qız isə bu şəklin altına "Doğrudur, şiddət və qətliamın qaynağıdır" deyə cavab yazıb.
Dahi yazıçının ərəb qıza yazdığı cavab isə dünya gündəmini müəyyən edib.
"Mən xristianam. Bu doğru deyil. Biz xristianlar əsrlər boyu dinimizi qılıncla yaymağa çalışdıq. Səlibçilər sözünün lüğəti mənasına baxsanız hər şeyi özünüz görəcəksiniz. Əsrlər boyu qadınları öldürdük, onlara cadugər dedik, elmin inkişafını əngəlləməyə çalışdıq. Qalileyin başına nə oyun gətirdiyimizi hər kəs bilir. Ancaq bütün bunlar dinin, imanın günahı yox, onu istismar edənlərindir", deyə məşhur braziliyalı yazıçı ərəb qızına cavab verib.
Xatırladırıq ki, Koelho "Ziyarət", "Əlkimyaçı", "Brida", "Valkiriya", "Məktub", "Beşinci dağ", "İşıq döyüşçüsünün kitabı" kimi məşhur bestsellerlərin müəllifidir.
Mənbə:> Ölkə.az