Azərbaycanda hava pisləşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın üç gündə gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Oxu.Az Nazirliyin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, avqustun 20-si axşamdan avqustun 23-ü gündüzədək Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
Mənbə:> Oxu.Az