Sıktıkvar-Bakı birbaşa reysi açıla bilər
Komidə Sıktıkvar-Bakı birbaşa uçuşlarının açılması inmkanını nəzərdən keçirəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə “Yedinaya Rossiya” (“Vahid Rusiya”) partiyasının Komi regional şöbəsi ilə “Komi Respublikasında azərbaycanlıların birliyi” respublika ictimai təşkilatı arasında sazişin imzalanması zamanı bildirilib.
Azərbaycan icmasının üzvləri və regional parlamentin spikeri İqor Kovzeli arasında danışıqlar zamanı Uxtinsk şöbəsinin rəhbri Rəhim Kərimov Sıktıkvar-Bakı birbaşa aviareyslərinin açılması haqqında təklif irəli sürüb.
Onun sözlərinə görə, Azərbaycan indi turistik ölkə kimi inkişaf edir, MDB ölkələrinin vətəndaşlarına viza tələb edilmir.
“Axı nəyə görə dincəlmək üçün Antalya və Şarm-əl-Şeyxə uçan Komi sakinləri bu minval ilə Bakıya uçmasınlar? Azərbaycanda baxmağa çox şey var, çarterə də ehtiyac yoxdur”, - uxtinli azərbaycanlıların lideri bəyan edib.
Onun təklifi ilə Birliyin sədri Asif İsmayılov və İqor Kovzeli razı olublar. Kovzeli qeyd edib ki, Sıktıkvar-Bakı reysi barədə təklif olduqca maraqlıdır.
“Biz əminik ki, təyyarələrdə boş yer olmayacaq, reyslər isə gəlirli olacaq”, - R.Kərimov deyib.
Mənbə:> Oxu.Az