Şamaxının bir hissəsi qazsız qalacaq
Avqustun 11-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Çuxuryurd” Qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Oxu.Az-a bu barədə SOCAR-dan məlumat verilib.
Məlumata əsasən, təmir müddətində Şamaxı rayonunun Çuxuryurd və Sabir qəsəbələrinin, eləcə də rayonun Çaylı, Həmyə, Əcəxuram, Məlhəm, Nəsimi, Nağaraxana, Y. Məmmədəliyev, Cabanı və Cabanı-2 kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Mənbə:> Oxu.Az