Qafqazlılar Moskvada kafedə dava saldılar
Moskvada Lipetsk küçəsində yerləşən kafedə dava baş verib, davada iştirak edənlərdən biri ayağından odlu silah yarası alıb.
Oxu.Az bu barədə “İnterfaks”a istinadən xəbər verir.
Polislər hadisə yerində səkkiz nəfəri saxlayıblar. Qeyd edilir ki, münaqişə kafe sahibləri və əslən Qafqazdan olan bir qrup arasında düşüb.
“Hadisə yerinə gələn polislər müəyyən ediblər ki, vətəndaşlar arasında mübahisə düşüb, sonradan bu mübahisə davaya çevrilib, davanın gedişatında iştirakçılardan biri ayağından odlu silah yarası alıb. Hadisə yerinə tibb işçiləri çağırılıb. İsti izlərlə səkkiz nəfər saxlanılıb, onların hadisəyə aidiyyatı yoxlanılır”, - polisdə bildiriblər.
Qeyd edilir ki, işin istintaqını Moskva polisinin rəisi Anatoli Yakunin öz şəxsi nəzarəti altına alıb.
Mənbə:> Oxu.Az