Putinin pələngini güllələdilər
Xabarovsk vilayətində Rusiya prezidenti Vladimir Putinin heyvanları mühafizə xüsusi layihəsindən olan pələng balasını güllələyən adamları axtarırlar.
Oxu.Az “Ridus”a istinadən xəbər verir ki, hadisə yerinə istintaq-əməliyyat qrupu yola düşüb.
“Kommersant” qəzetinin məlumatına əsasən ölü pələng balası Xabarovskda iyulun 29-da Lazo adına rayonun Solontsov qəsəbəsində tapılıb.
Heyvan meşə yolunun kənarında tapılıb. Pələngin uzunluğu bir metrə yaxın, çəkisi isə 50 kq olub. Şahidlər heyvanın dərisində və başında olan odlu silahdan açılan yaraların izlərinə görə, heyvanın yaxın məsafədən güllələndiyi nəticəsinə gəliblər.
Turist qrupu geriyə də həmin yol ilə qayıdıblar, amma pələngin cəsədi artıq orda olmayıb. Turistlər fövqəladə hal barəsində rayon üzrə FHN idarəsinə bildiriblər, onlara lazımi səlahiyyətli orqanlara bu barədə xəbər veriləcəyi bildirilib.
Amur pələngi (eləcə də ussuriya və ya uzaq şərq pələngi) Rusiyanın “Qırmızı kitabı”na salınıb və dövlət tərəfindən mühafizə edilir.
Mənbə:> Oxu.Az