Məmmədyarov: Ermənistan ordusu Azərbaycan ərazilərindən çıxmalıdır
“Bu, başlıca maneədir”.
Münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Oxu.Az Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində mühazirəsində deyib.
“Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun münaqişənin həlli prosesində başlıca maneədir. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir və bu mövqeni ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən də dəstəkləyir.
Bu xüsusda, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarında Ermənitsanın işğalçı tərəf kimi bir daha tanındı”, - nazir deyib.
Elmar Məmmədyarov həmçinin Bakı-Tbilisi-Qars dəmir yol xətti və Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Mənbə:> Oxu.Az