Azərbaycan əsgərləri Ermənistanda qaz xəttini partlatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi

Azərbaycan əsgərləri Ermənistanda qaz xəttini partlatdı

Azərbaycan əsgərləri Ermənistanda qaz xəttini partlatdı

Azərbaycan ordusunun bölmələri iyulun 8-də axşam Ermənistanın Tavuş rayonunun Çinari kəndi yaxınlığındakı əraziləri atəşə tutublar. Atəş nəticəsində bu ərazidən keçən qaz kəməri partlayıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Çinari kənd icmasının rəhbəri Samvel Sadoyan yerli mətbuata açıqlamasında deyib ki, partlayış nəticəsində yerli sakinlərdən xəsarət alan olmayıb, qaz verilişini isə tezliklə bərpa etmək mümkün olub.

“İyulun 8-də axşam saat təxminən 18:00-da Çinari kəndinin qaz xətti partladı. Ayın 0-da səhər saat 5-də qaz verilişini bərpa edə bildik. Son günlər sakitlikdir. Atışma yoxdur” - deyə S.Sadoyan bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *