Müdafiə naziri yeni atış mərkəzi açdı » AzNews.info -Xəbər portalı

Müdafiə naziri yeni atış mərkəzi açdı – VİDEO+FOTO

Müdafiə naziri yeni atış mərkəzi açdı

Azərbaycanda ordunun atəş və taktiki hazırlığı üçün nəzərdə tutlan yeni təlim-atış mərkəzinin açılışı olub.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ordunun döyüş hazırlığının yüksəldilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsi kimi yaradılan yeni mərkəzdə cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun olaraq keçirilməsi, düşmənin təxribat-kəşfiyyat cəhdlərinin qarşısının alınması, əks tədbirlərin görülməsi və digər praktiki məşqlərin keçirilməsi üçün bütün şərait yaradılıb

Eyni zamanda poliqonda istənilən şəraitdə hazırlıq məşqlərini keçmək məqsədilə müvafiq siniflər hazırlanıb.

Qısa müddətdə istifadəyə verilən poliqonda şəxsi heyət silahlanmada olan atıcı silahlar, minaatanlar və qumbaraatanlardan istifadə etmək bacarığına yiyələnəcək və təcrübə qazanmaq imkanı əldə edəcəklər. Ərazidə hazırlanmış hədəf sahəsi tam kabelləşdirilib, avtomatik enib-qalxma hədəfləri, geri daxil olan məlumatlar və qiymətləndirmə avadanlığı ilə təmin edilib.

Müdafiə naziri ərazidəki Mərkəzi idarəetmə məntəqəsi, atış və taktiki sahə, kəşfiyyat cığırı, taktiki zolaq, digər inzibati bina və qurğularla tanış olduqdan sonra kəşfiyyat bölməsinin praktiki hazırlığını və atəş nöqtələrində yerinə yetirilən təlim çalışmalarını izləyib.

Snayper hazırlığı kursunda təlim atışlarını izləyən nazir hədəflərin hamısını dəqiqliklə məhv edən peşəkarlıq və bacarığını, tezliklə cəbhə xəttinə yollanaraq digər hərbi qulluqçularla ön xəttdə xidmət etmək istəklərini yüksək qiymətləndirib.

Müdafiə naziri şəxsi heyətin daha peşəkar səviyyədə hazırlanması məqsədilə təlimlərdə müasir ordularda mövcud olan ən yeni təlim üsullarının öyrənilməsi, şəraitə uyğunlaşdırılması, qoşunların döyüş hazırlığında tətbiq olunması ilə bağlı tapşırıq və tövsiyələr verib.

Qeyd edək ki, təqdim olunan fotolarda Azərbaycanın qadın snayperləri də əksini tapıb

Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı
Müdafiə naziri yeni atış mərkəzi açdı



Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *