BQXK nümayəndələri "Kəlbəcər girovları"nın yanında
Virtualaz.org BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, başçəkmə mayın 25-də baş tutub. BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb.
Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şaplar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər.
Girov götürülərkən onlarla getmiş digər mülki azərbaycanlı Həsən Həsənov öldürülüb, onun nəşi danışıqlardan sonra həmin il oktyabr ayının 2-də Azərbaycana qaytarılıb və dəfn olunub.
Girovluqda olan iki azərbaycanlıya qarşı “cinayət işi” açılıb. Dağlıq Qarabağdakı separatçı rejimin “birinci instansiya məhkəməsi” ötən il dekabrın 19-da keçirdiyi“proses"lə Dilqəm Əsgərovu ömürlük , Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.
Mənbə:> Virtualaz.org