Özünü yandıran Qarabağ veteranı öldü
Qarabağ Qaziləri Təşkilatından "Azadlıq" radiosuna verilən məlumata görə, buna səbəb polis və prokurorluğun, döyülməsi və hədələnməsi ilə bağlı, onun şikayətinə məhəl qoymaması olub.
Mirtahir Mürsəlov Bakıdakı 5 nömrəli xəstəxanaya götürülsə də həyatını xilas etmək mümkün olmayıb.
* * *
Dünən axşam Cəlilabad Rayon Polis Şöbəsinin qarşısında Qarabağ müharibəsi və 20 yanvar hadisələrinin iştirakçısı Mürsəlov Mirtahir Miradil oğlu özünü yandırıb.
Bu barədə qaziler.az saytına özünə qəsd edən müharibə veteranının qardaşı Mürsəlov Mirkamil məlumat verib. Onun sözlərinə görə, qardaşının özünə qəsd etməsinə səbəb rayon rəhbərliyinin onun problemlərinə biganəliyi olub.
Mirtahir Mürsəlov Bakı şəhərindəki 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirlib.
Xatırladaq ki, bir neçə gün əvvəl Cəlilabad rayonunda daha bir intihar hadisəsi baş vermişdi. Qarabağ müharibəsi əlili Həsən Abidinov özünü asaraq intihar etmişdi.
Mənbə:> Virtualaz.org