“Ermənistan Azərbaycana 700 milyard borcludur”
“Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi illər ərzində vurduğu zərər ən azı 700 milyard dollar təşkil edir”.
AzNews.info xəbər verir ki, bunu Trend-ə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycana dəymiş zərərin qiymətləndirilməsi üzrə işçi qrupunun üzvü Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, işçi qrupu dəymiş zərərin hesablanması üzrə işləri hələ də davam etdirir: "Bu rəqəm hələ minimal göstəricidir".
N.İbrahimov qeyd edib ki, işlərin təqribən 70 faizi başa çatdırılıb: "Tarixi abidələrə, təbii resurslara vurulmuş zərər, qismən də ətraf mühitə dəymiş ziyan hesablanıb".
O, əlavə edib ki, yaxın vaxtlarda bu işə kömək edəcək xarici mütəxəssislərin gəlməsi gözlənilir.
Mənbə:> Trend