Şəhid ailələri və Qarabağ əlillərinə yeni mənzillər verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Sosial

Şəhid ailələri və Qarabağ əlillərinə yeni mənzillər verildi

Şəhid ailələri və Qarabağ əlillərinə yeni mənzillər verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış on mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

ƏƏSMN-dən virtualaz.org-a verilən məlumata görə, mənzillərdən ikisi birotaqlı, üçü ikiotaqlı, beşi üçotaqlı olub.

ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov mərasimdə çıxış edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların ailələrinə Prezident İlham Əliyev tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan danışıb. O, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində mənzil alan ailələri təbrik edib. Bildirib ki, şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilən mənzillərin sayı 6200-dən çoxdur. Təkcə bu il həmin kateqoriyadan olan ailələrə 626 mənzil təqdim edilib.

Sonra mənzillərin püşkatma qaydasında, obyektiv və ədalətli şəkildə paylanması həyata keçirilib.

Yeni mənzil alanlar onların sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Şəhid ailələri və Qarabağ əlillərinə yeni mənzillər verildi
Şəhid ailələri və Qarabağ əlillərinə yeni mənzillər verildi
Şəhid ailələri və Qarabağ əlillərinə yeni mənzillər verildi
Şəhid ailələri və Qarabağ əlillərinə yeni mənzillər verildi
Şəhid ailələri və Qarabağ əlillərinə yeni mənzillər verildi
Şəhid ailələri və Qarabağ əlillərinə yeni mənzillər verildi
Şəhid ailələri və Qarabağ əlillərinə yeni mənzillər verildi
Şəhid ailələri və Qarabağ əlillərinə yeni mənzillər verildi

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *