Bəzi əsirlərin yaxınları Gürcüstanda ermənilər tərəfindən girov götürüldü
Bəzən intensiv hərbi əməliyyatların getdiyi dövrlərdə yaxınları əsir və girov götürülən, itkin düşən Azərbaycan vətəndaşlarının müəyyən hissəsi özfəaliyyətlə məşğul olaraq Gürcüstan ərazisinə gediblər, orada ermənilərlə danışıqlar aparıblar və nəticəsi də çox faciəli olub.
Bunu Bakıda “Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməlləri” mövzusunda keçirilən konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.
E.Səmədov əhalini diqqətli olmağa çağırıb. İşçi qrupun rəhbərinin müavini deyib ki, həmin şəxslərin özləri də girov götürülüb: “Bu, təəssüfedicidir. Həmişə vətəndaşlara bir şeyi təlqin edirik ki, heç vaxt dövlət orqanları ilə razılaşdırılmamış addım atmasınlar”.
Mənbə:> Trend