Aləm cənnətə döndü... Yaddan çıxdı Qarabağ? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Qarabağ

Aləm cənnətə döndü... Yaddan çıxdı Qarabağ?

Aləm cənnətə döndü... Yaddan çıxdı Qarabağ?

İki gündür ki, iqtidarlı-müxalifətli hamı "Qarabağ mitinqi"ndən yazır. "Ay qaçqınlar niyə gəlmədi? Ay, xalq Qarabağı istəmir" və bu qəbildən olan bir sıra sərsəmləmələr. Mən dəfələrlə demişəm ki, artıq mitinqlər dövrü bitib, köhnəlib. Ona görə də, nəsə yeni formatlar fikirləşilməlidir. Digər tərəfdən, qarabağlısı və ya digəri o mitinqə nəyə görə getməliydi ki?

Əksəriyyətinin Qarabağ münaqişəsinin mövcud reallıqlar çərçivəsində mahiyyətini və müharibənin nə olduğunu anlamayanların pafoslu çıxışlarına qulaq asmaqdan ötrümü? O mitinq hansı yaralı barmağa dərman olası idi ki? Deyirlər ki, 10 min adam gəlmişdi; 20, ya 30 min gəlsəydi nə olacaqdı ki?

Bu gün başda Əli Kərimli olmaqla mitinq və digər aksiyalar o qədər urvatdan salınıb ki, artıq siyasi baxış etibarilə kifayət qədər təkmil olan Azərbaycan vətəndaşı bütün bu aksiyaların gərəksizliyini çoxdan anlayıb. O, kimlərinsə qrant qoparmaq və ya gündəmdə parlamağa hesabladığı gərəksiz şoularda iştirak etmir. Və düz də edir.

Bəs xalq Qarabağı istəyirmi və ya ümidini itiribmi? Tam əminliklə deyirəm ki, heç bir ümidsizlikdən söhbət gedə bilməz. Xalqımızın nəbzi də Qarabağla döyünür və tezliklə torpaqların azad olunacağına əmindir. İstər "Eurovision" yarışmasında qalib olanda, istərsə də hansısa idman yarışlarında qələbə qazananda küçələrə axışan XALQ "Azərbaycan" çığırmaqla, həm də "QARABAĞ-QARABAĞ" hayqırmırdımı? Aprel döyüşlərində bir-iki yüksəkliyin alınması ilə xalqda coşub-daşan ruh yüksəkliyini ki hamı gördü. Bu XALQ deyildimi o günlərdə əli yalın Qarabağa yürüş etməyə hazır olan? Ona görə də, yetər özünüzün bütün uğursuzluğunu xalqın adına yazmağınız. Həmin xalq bilsə ki, mitinq yolu ilə bircə rayon və ya kənd azad olunacaq- heç kəsin dəvətini gözləmədən həmin meydanlarda gecə-gündüz dayanar. Ona görə də, bu gün Xalqın ümid bəslədiyi iki ünvan var- seçdiyi Prezident və güvəndiyi Ordu. Vəssalam. Qalanı təfərrüat...

Mitinqdə iştirak etmiş bütün sadə vətəndaşlara sevgi və sayğılarla,

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *