20 erməninin öldüyü döyüş – Şok səs yazısı – VİDEO
Ermənistan ordusunun dünən cəbhə xəttində törətdiyi təxribatın görüntüləri yayılıb. Görüntünün olması həm də Ermənistan hakimyyətinin növbəti dəfə yalan danışmasını sübut etmiş oldu.
Ötən gün cəbhədəki döyüş toqquşmasını əks etdirən video görüntülər yayıb. Martın 19-da cəbhədə baş vermiş döyüşdə müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək erməni hərbi qulluqçusunu məhv edib və yaralayıb. Görüntülərdə erməni dəstələrinin cəbhənin bir neçə istiqamətdə təxribata cəhd etməsi əksini tapıb. Erməni hərbçilərinin hərəkət trayektoriyası müəyyən edilərək, düşmənə sarsıdıcı zərbə vurulub.
Bu arada internetdə ermənilərin xeyli itki verməsini təsdiq edən, bundan təşviş keçirməsini əks etdirən səsyazıları yayılıb. Telefon danışıqları erməni hərbçilərinə aiddir. Və səsyazısı ötən gün Qarabağda döyüşdən sonra qeydə alınıb. Erməni hərbçilər bir-biri və öz yaxınları ilə danışıq zamanı təmas xəttinin ayr-ayrı mövqelərində itkilərə görə həyacan siqnalı verildiyini, hətta məzuniyyətdə hərbiçilərin geri çağrıldığını bildirirlər.
-Mher, deyirlər indi döyüş gedir. Müharibə hə. Adam ölüb. Ay sənin..... Yenə nə var?
- Bəs deyirlər 6 nəfər yaralıdır, 2 nəfər ölüb? Bir dəqiqləşdir. Ürəyim partlayır.
- Nə var oğlum. Diqqətli olun. Giriblər 24 nəfəri kəsib çıxıblar. Elə onun qabağında. Mışqayla zadla hamı gedib. Ara bizimkilər. Sən necə ordasan? Voobşem artıq başa düşüb. Hamısını kəsib, sərib hə?”.
Haqqında bəs edilən Mişqa qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri Movsen Akopyandı.
“Cana başa düşürsən bu gün də evə gələ bilməyəcəm. Bütün ordu bir nömrəli hazırlıqdadır. Postlarda vəziyyət yaxşı deyil. Hə e 4 ölü xeyli yaralı var. Yaralılardan biri indi ölüb. Vəziyyət pisdir. Mən hadisə olan yerə gedirəm. Telefonuma zəng çatmasa narahat olma. Mən zəng edəcəyəm”.
Video və səsyazıları cəbhədə baş verən döyüşlərin nə qədər ciddi olduğunu və ermənilərin verdiyi itkilərin sayının çoxluğunu göstərir.
Ermənistan tərəfi 3 əsgərini itirdiyini, 4-nün isə yaralandığı təsdiqləyib. Yaralıların vəziyyəti ağır olduğundan İrəvana hospitala aparılıb. Bəzi erməni mətbuatında hospitalır yaralılarla dolu olduğun yazırlar.
Mənbə:> ANSPRESS