Sarkisyan Laçında HAVA HÜCUMUNDAN SIĞINACAQLAR TİKDİRDİ
ABŞ-da erməni iş adamları tərəfindən yaradılmış və qeydiyyatdan keçmiş "Hayrenaser” ("Vətənpərvər”) şirkəti Azərbaycanın işğal altındakı ərazilərində növbəti qanunsuz layihəsini həyat keçirdi.
Moderator.az "KarabakhTV”-yə istinadla xəbər verir ki, şirkətin ABŞ vətəndaşları olan həmtəsisçiləri Stepan Sarkisyan və Nelli Şuşi Martirosyan cütlüyünün, eləcə də Los-Ancelesdə yerləşən "Hayrenikis” erməni vəətnpərvər qrupunun təşəbbüsü və dəstəyi ilə 2017-ci ildən Laçın rayon mərkəzində yerləşən çoxmərtəbəli binalardan birinin zirzəmisində hava hücumundan mülki sığınacaq tikintisinə başlanıb. Bu günlərdə sığınacaqlar artıq erməni sakinlərin istifadəsinə verilib. Hərbçilərin və "Kaşataq rayonu”nun başçısı Suren Xaçatryanın müşayiəti ilə sığınacağa daxil olan Stepan Sarkisyan layihə haqda məlumat verib.
Xatırladaq ki, son illər əsasən Laçın, Qubadlı, Zəngilan rayonları ərazilərində tikinti, bərpa və təmir işləri aparan "Hayrenaser” Laçının və Zəngilanın bir neçə kəndində məktəblər, yaşayış evləri və s. istfadəyə verib. "KarabakhTV” və Moderator.az saytları ABŞ vətəndaşlarının belə qanunsuz əməlləri haqda mütəmadi informasiya verir.
Mənbə:> Moderator.az