2017-ci ildə ermənilər Qarabağda 4 uşaq bağçası tikiblər – FOTO
Ötən il işğal altındakı Azərbaycan torpaqlarında 4 uşaq bağçası tikilib.
Moderator.az “KarabakhTV”-yə istinadla xəbər verir ki, bu haqda Xankəndində keçirdiyi mətbuat konfransında qondarma “respublika”nın “şəhərsalma naziri” kimi təqdim edilən Karen Şahramanyan məlumat verib.
Uşaq bağçaları Şuşa şəhərində, “Karin tak” adlandırılmış Daşaltı kəndində, Xocalı rayonunun Dağyurd(“Saruşen”), Tərtər rayonunun Kiçik Qarabəyli(keçm. Ağdərə rayonunun hazırda “Moxrataq” adlandırılan kəndi) kəndlərində tikilib istifadəyə verilmişdir. Separatçı “məmur”un sözlərinə görə, artıq Xocavənd rayonunun Azıx, Qırmızı Bazar kəndlərində, eləcə də Qubadlı rayonunun Tatar(“Kumayri”) kəndlərindəki məktəb binalarının, Xankəndindəki 8 saylı orta məktəbin bir hissəsinin təmiri də başa çatıb. Bundan əlavə, Xankəndindəki 9 saylı orta məktəbin bərpası və Xocavəndin Çaylaqqala(Xtsaberd) kəndində idman zalının tikintisi ilə bağlı işlər davam edir.
Mənbə:> Moderator.az