Ermənilər cəbhə xəttini atəşə tutdu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Ermənilər cəbhə xəttini atəşə tutdu

Ermənilər cəbhə xəttini atəşə tutdu


Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.

Müdafiə nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Berkaber və Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı və Bala Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Silahlı Qüvvələrimizin mövqeləri Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən də atəşə məruz qalıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *