Ağdərə istiqamətində azı üç erməni əsgəri öldü
Azərbaycanın işğal olunmuş ərazilərinin şimal-şərq istiqamətində mina partlaması nəticəsində üç erməni hərbçisi həlak olub.
AzNews.info “Sputnik”ə istinadən xəbər verir ki. məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
“Noyabrın 21-də saat 18:35-də hərbi hissələrdən birində hərbçilər Geqam Zakaryan, Sarkis Abraamyan və Sarkis Melikyan ölümcül yaralanıblar. Narek Oveyan partlamış mina yarası alıb. Onun vəziyyəti ağırdır”, - məlumatda bildirilir.
Hadisənin təfərrüatları araşdırılır.
Mənbə:> Sputnik Azərbaycan