Erməni zabit Azərbaycan tərəfə keçmək üçün müraciət etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Sosial, Hadisə

Erməni zabit Azərbaycan tərəfə keçmək üçün müraciət etdi

Erməni zabit Azərbaycan tərəfə keçmək üçün müraciət etdi

Bir neçə gün əvvəl Ermənistan ordusunun zabiti Norayr Georgiyeviç Minosyan haqqin.az saytının xüsusi müxbiri Vahan Martirosyana müracət edərək Azərbaycan tərəfə keçməsin kömək göstərilməsini istəyib. Norayr Minasyan bildirib ki, Bakıda mətbuat konfransı keçirib Ermənistan silahlı qüvvələrinin sərhədyanı bölgələrdə yerləşdirilmiş qüvvələrində baş verənlər haqda danışmaq istəyir.

36 yaşlı N.Minosyan Ermənistan ordusunda baş leytenant rütbəsində xidmət edib, Naxçıvanla həmsərhəd yerləşdirilmiş 70179 nömrəli hərbi hissənin tank əleyhinə bölüyünün taqım komandiri olub. O, Hərbi Akademiyanın məzunudur, rus və ingilis dillərində bilir.


Erməni zabit Azərbaycan tərəfə keçmək üçün müraciət etdi

2014-cü ilin fevralında N.Minosyan saxta ittihamla həbs edilib və mühakimə olunub. Onu hərbi hissəni özbaşına tərk etməkdə ittiham ediblər. Bu ittihamla N.Minosyana 1 il həbs cəzası verilib, ancaq erməni hüquq müdafiəçilərinin təzyiqləri nəticəsində 6 ay sonra zabiti həbsdən azad etməli olublar.

Erməni zabit Azərbaycan tərəfə keçmək üçün müraciət etdi


N.Minosyan haqqin.az-ın xüsusi müxbirinə bildiri ki, əslində onun həbsinin səbəbi Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi (hazırda prezidentin müşaviridir) Yuri Xaçaturovun oğlu ilə toqquşması olub. Xaçaturovun oğlu Qriqori Xaçaturov Ermənistan ordusunun 3-cü ordu korpusunun komandiridir. Minosyanın dediyinə görə, hətta həbsdən buraxılandan sonra da hakimiyyət onu və ailəsini təqib etməkdə davam edib. Nəicədə Norayr Minosyan ölkədən qaçmalı olub. Hazırda erməni zabit Soçidədir və Azərbaycan hakimiyyətindən xahiş edir ki, onun Bakıya gəlməsinə şərait yaratsın.

Erməni zabit Azərbaycan tərəfə keçmək üçün müraciət etdi


N.Minosyan habelə haqqin.az-ın xüsusi müxbirinə öz sənədlərini və fotolarını da göndərib, xahiş edib ki, onun problemini işıqlandırsın və Ermənistan hakimiyyətinin mümkün təxribatlarının qarşısını alsın. Minosyan özünün və yaxınlarının təhlükəsizliyi üçün narahatdır, onun yaxınları hələ İrəvandadır. Erməni zabit Azərbaycan hakimiyyətinin məsələyə qarışmasını xahiş edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *