Xalq artisti efirdə ağladı » AzNews.info -Xəbər portalı

Xalq artisti efirdə ağladı – VİDEO

Xalq artisti efirdə ağladı


Xalq artisti Nəzakət Teymurova doğulub böyüdüyü Ağdamı xatırlayıb.

AzNews.info-nun Axşam.az-a istinadla məlumatına görə, ARB TV-də yayımlanan “Gəlin danışaq” proqramına qonaq olan müğənni aparıcı Zümrüd Qasımovanın suallarını cavablandırarkən göz yaşlarını saxlaya bilməyib.

Ağdamla bağlı kadrları izləyən N.Teymurova “Hər zaman deyirəm ki, gözlərim çox gözəl şeylər görüb. Oradan ailəmi, evimizi, nənəmi, ulu nənəmi, hətta məktəbimi belə xatırlayıram. Bu haqda danışdıqca kövrəlirəm” deyib.

N.Teymurova aparıcının “Sonuncu dəfə ordan nə zaman çıxmısınız?” sualına belə cavab verib:

“Ana və vətən mənimçün toxunulmaz bir şeydir. Sonuncu dəfə Ağdamda tələbəlik illərimdə olmuşam. Bakıda oxuyurdum, tez-tez ora gedib-gəlirdim. Bir dəfə ora gedəndə vəziyyət lap pisləşdi. Saat 7 idi, gördük qalmaq olmur, çıxdıq”.

Mənbə: Axşam.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *