Leyla Əliyeva müharibə və əmək əlilləri üçün şeirlərini oxudu – FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.
Fonddan Oxu.Az-a verilən məlumata görə, Leyla Əliyeva pansionatın sakinləri ilə görüşərək onlarla söhbət edib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təmsilçiləri mütəmadi olaraq bu pansionata baş çəkir. Budəfəki ziyarəti zamanı Leyla Əliyeva pansionatda yaşayanlara müxtəlif hədiyyələr verib, o cümlədən öz şeirlər kitabını imzalayaraq hədiyyə edib və şeirlərindən bəzilərini oxuyub.
Qeyd edək ki, Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 2013-cü ildə pansionatda tikilmiş yeni korpusun açılışı olub.
Heydər Əliyev Fondu müntəzəm olaraq uşaq evləri və internat məktəbləri ilə yanaşı, ahıllarla da görüşür, onların qayğıları ilə maraqlanır.
Mənbə:> Oxu.Az