Leyla Əliyeva övladlığa uşaq götürdü » AzNews.info -Xəbər portalı

Leyla Əliyeva övladlığa uşaq götürdü

Leyla Əliyeva övladlığa uşaq götürdü


Tərəfimizdən uşaq evləri, internat məktəbləri tez-tez ziyarət olunur və bu mütəmadi ziyarətlərin, ünsiyyətin sayəsində buradakı uşaqlarla, gənclərlə mehriban və səmimi münasibət yaranıb. Artıq demək olar ki, bu müəssisələrdəki hər bir usağı, hər bir gənci ayrı-ayrılıqda öz adı ilə belə tanıyırıq.

AzNews.info xəbər verir ki, bunu APA-ya müsahibəsində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib.

“Bu qarşılıqlı münasibətin nəticəsidir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanmış və həmin körpəni övladlığa götürmüşdü”, - deyə, A.Ələkbərov bildirib.

Onun sözlərinə görə, “Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır”.

“Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm”, - deyə, o, vurğulayıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *