Nazir döyüşdə ayaqlarını itirən əsgərə ev verdi, işə götürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi, Sosial, Foto

Nazir döyüşdə ayaqlarını itirən əsgərə ev verdi, işə götürdü – FOTO

Nazir döyüşdə ayaqlarını itirən əsgərə ev verdi, işə götürdü


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2014-cü ilin avqustunda cəbhədə gedən döyüşlərdə hər iki ayağını itirmiş keçmiş əsgər Sərxan Tahirzadəni ötən həftə Lənkəranda şəxsən qəbul edib, onun problemlərilə maraqlanıb və hər cür şəraitlə təmin olunacağına söz verib.

AzNews.info modern.az-a istinadən xəbər verir ki, S.Tahirzadə bu günlərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında mühasibatlıq şöbəsi üzrə müvafiq işlə təmin olunub. Eyni zamanda Bakıda onun üçün ev tutulub. Nazir onun valideynlərinin də həmin evdə yaşamasını təklif edib.

İki gündür Bakıda olduğunu deyən Qarabağ qazisi Sərxan Tahirzadə açıqlamasında faktı təsdiqləyib. Şəxsən Kəmaləddin Heydərova təşəkkür etdiyini bildirib.

Lənkəran rayonundan olan Sərxan Tahirzadə 2014-cü ilin avqustunda cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə hər iki ayağını itirib. O, TİKA-nın maddi dəstəyilə Türkiyədə müalicə alaraq, vətənə qayıdıb.
S.Tahirzadə Lənkəranda yaşadığı son vaxtlarda yerli məmurların biganəliyindən narazı idi.

Nazir döyüşdə ayaqlarını itirən əsgərə ev verdi, işə götürdü
Nazir döyüşdə ayaqlarını itirən əsgərə ev verdi, işə götürdü
Nazir döyüşdə ayaqlarını itirən əsgərə ev verdi, işə götürdü
Nazir döyüşdə ayaqlarını itirən əsgərə ev verdi, işə götürdü

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *