Erməni qadınları Azərbaycana qarşı müharibəyə hazırlaşırlar
Ermənistan hökuməti Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün könüllü qadınlar hazırlayır.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Tiqran Petrosyanın Almaniyanın “Tageszeitung” qəzetində dərc edilmiş məqaləsində deyilir.
Bir həftə öncə Ermənistanın paytaxtında 18-30 yaş arası 170 könüllü üçün hazırlıq kursları açılıb, könüllülərin əsas hissəsi qızlardır.
“Qadınlar da orduda xidmət etməlidirlər”, - kursların rəhbəri və məşqçi Vova Vardanov bildirib.
Dağlıq Qarabağ müharibəsinin 50 yaşlı veteranı Vardanov orduda İsveçrə və ya İsrail modelinin tətbiqinin tərəfdarıdır, bu modelə görə, qadınlar da orduda xidmət etməlidirlər.
“Biz etiraf etməliyik ki, Azərbaycan Ermənistandan daha müasir silahlara sahibdir. Bizdə sovet ordusundan qalanlardır”, - orduda islahatların aparılmasının tərəfdarı olan Vardanov bildirib.
Mənbə:> Oxu.Az