Müdafiə Nazirliyi Qarabağla bağlı hərbi tribunalın yaradılması barədə » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi, Kriminal

Müdafiə Nazirliyi Qarabağla bağlı hərbi tribunalın yaradılması barədə

Müdafiə Nazirliyi Qarabağla bağlı hərbi tribunalın yaradılması barədə


“Ermənilərin cinayətləri sübuta yetiriləcək”.

Azərbaycan ümumilikdə münaqişə ilə bağlı, eləcə də son hadisələrlə əlaqədar beynəlxalq hərbi tribunalın yaradılmasında erməni tərəfindən daha çox maraqlıdır.

APA xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirlikdən deyiblər ki, məhz o zaman Ermənistanın hazırkı kriminal hərbi-siyasi hakimiyyətinin mahiyyəti, onun azərbaycanlılara qarşı saysız-hesabsız qanlı cinayət əməlləri törətməsi aydın sübuta yetiriləcək:

“Təkcə Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən genosid siyasəti kifayət edir ki, Ermənistan rəhbərliyi və erməni səhra komandirləri beynəlxalq cinayət məhkəməsinə verilərək layiqli cəzalarını alsınlar”.

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin müşaviri Alik Avetisyan 2-5 apreldə baş verənlərlə bağlı beynəlxalq tribunalın yaradılması üçün BMT-yə müraciət edə biləcəklərini söyləyib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *