BQXK: Ailələrə cavab vermək üçün meyitlərin qaytarılması vacib idi » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi, Sosial

BQXK: Ailələrə cavab vermək üçün meyitlərin qaytarılması vacib idi

BQXK: Ailələrə cavab vermək üçün meyitlərin qaytarılması vacib idi


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) təmas xəttində, Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı həlak olanların meyitlərinin öz tərəflərinə təhvil verilməsinə yardımçı olub.

BQXK-nın Azərbaycan nümayəndəliyindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, BQXK-nın dəstək verdiyi 8 və 9 aprel tarixlərində keçirilmiş əvvəlki əməliyyatlar nəticəsində tərəflər, meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirib.

Əməliyyatlar tərəflərin razılaşması və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin Şəxsi Nümayəndəsi ilə koordinasiya olunmaqla həyata keçirilib.

“Bizim əsas prioritetimiz itkin əzizlərinin taleyindən hələ də xəbərsiz qalan ailələrə köməkdir. Tərəflər üçün də ailələrə cavab vermək üçün meyitlərin qaytarılması vacib idi”, - deyə BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial bildirib.

BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri regionda fəaliyyət göstərir. Münaqişənin 2 aprel tarixində başlayan gərginləşməsindən sonra BQXK humanitar ehtiyacları qarşılamaq üçün tərəflər arasında neytral vasitəçi olmaq xidmətlərini təklif edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *