Azərbaycana vurulan ziyan açıqlandı
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu” tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin materialları əsasında hesabat xarakterli kitab nəşr olunub.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, kitabda Azərbaycanın 22 il ərzində erməni işğalında qalan torpaqlarında itirdikləri və üzləşdiyi zərərin məbləği açıqlanıb.
Qeyd olunub ki, 6 əsas sahə - faydalı qazıntı yataqlarının talanı, biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, su, su anbarları və ətraf mühitin çirkləndirilməsi üzrə ekoloji zərərlər, o cümlədən əhaliyə dəymiş mənəvi-ekoloji zərərlər qiymətləndirilib, 22 illik işğal dövrünü əhatə edib və ümumilikdə Azərbaycana dəyən ziyan 265 milyard 281 milyon 198 min 203 dollar civarında hesablanıb.
Mənbə:> Oxu.Az