Ermənilər Azərbaycan ilə həmsərhəd kəndlərdən kütləvi şəkildə qaçırlar » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Sosial

Ermənilər Azərbaycan ilə həmsərhəd kəndlərdən kütləvi şəkildə qaçırlar

Ermənilər Azərbaycan ilə həmsərhəd kəndlərdən kütləvi şəkildə qaçırlar


Ermənistanın Azərbaycan ilə həmsərhəd Tavuş marza kəndində yeni dərs ilində birinci sinif şagirdlərinin sayı az olacaq. Mütəmadi olaraq atəşə tutulan kəndlərin əhalisi köçməyə başlayıb, bununla əlaqədar şagirdlərin sayı azalır.

Barekamavanda bu il cəmi iki birinci sinif şagirdi olacaq.

Oxu.Az xəbər verir ki, məktəb direktoru Athik Azatyan Lragir.am ilə söhbətdə bildirib ki, onlar üçün ayrıca sinif olmayacaq.

“12 sinif əvəzinə 5 sinif mövcuddur. Birinci, ikinci və dördüncü sinif şagirdləri bir yerdə oxuyacaq, beşinci sinif ümumiyyətlə, yoxdur”, - direktor deyib.

Məktəbdə cəmi 23 şagird var.

“Mən məktəbdə oxuyan zaman bizim sinifdə 36 şagird var idi, parta çatmırdı. İndi isə parta çoxdu, şagirdsə yoxdur. Kənddə sosial problemlər həll edilmir, insanlar köçüb gedir. Məktəbdə sakitlik olanda məni vahimə basır”, - direktor deyib.

Artıq neçə illərdir ki, sərhədyanı məktəblərin direktorları xüsusi status və xüsusi maliyyələşdirmə qaydası tələb edirlər. Bununla yanaşı, şagirdlərin sayının azalması ildən-ilə maliyyənin də ixtisarına gətirib çıxarır.

Kadrlar problemi də var – bura gənc müəllimlər gəlmir, yaşlılar isə öz yerlərini vermək istəmirlər, təqaüd hesabına yaşamaq çətindir.

“Məktəb indi sosial məsələləri həll edir. İnsanların getməməyi üçün hər şey edirik, bundan tədris prosesi zərər çəkir”, - Athik Azatyan bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *