Rəsmi Bakı: Ermənistanın Zəngilanda uşaq baxçası açması təxribatdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Qarabağ

Rəsmi Bakı: Ermənistanın Zəngilanda uşaq baxçası açması təxribatdır

Rəsmi Bakı: Ermənistanın Zəngilanda uşaq baxçası açması təxribatdır


Prezidentlər səviyyəsində 27 oktyabr tarixində Parisdə keçirilmiş görüşün fonunda Ermənistanın Zəngilanda uşaq baxçası açması təxribat xarakteri daşıyır.

Gün.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsini icra edən Hikmət Hacıyev Zəngilan rayonunun işğalının ildönümü ərəfəsində qondarma rejim tərəfindən belə bir addımın atılmasına dair Ermənistan KİV-in məlumatını şərh edərkən bildirib.

O qeyd edib ki, 1993-cü ilin 29 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Zəngilanda heç vaxt ermənilər yaşamayıblar:

“Bu kimi addımlar bir daha ona dəlalət edir ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini ilhaq etmək siyasətini yürüdür. İşğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bu kimi fəaliyyətin aparılması 1949-cu il Cenevrə Konvesiyası və onun əlavə protokollarına birbaşa ziddir.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il 11 noyabr tarixli 884 saylı qətnaməsində Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi pislənilir və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur”.

Mənbə: Gün.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *