İŞİD YDM-ni havaya uçurdu
İŞİD terrorçularını Suriyanın Təl Abyad şəhərindən çıxarmaq asan olmayıb.
ANS PRESS-in məlumatına görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) başçılıq etdiyi koalissiya qüvvələrinin köməyi ilə kürdlərin özünümüdafiə dəstələri Təl Abyad şəhərindən İŞİD terror qruplaşması üzvlərini çıxarmağa müvəffəq olublar. Lakin döyüşlər zamanı İŞİD silahlılarının şəhərin tək yanacaq doldurma məntəqəsini (YDM) bomba quraraq havaya uçurduğu xəbəri yayılıb.
Partlayış səsi Türkiyənin sərhəd rayonu Akçakaledə də eşidilib.
Hazırda YPG-nin nəzarəti altına keçən şəhərdən terrorçular qərbə doğru qaçıblar.
Mənbə:> ANSPRESS