“Onlar ən əlçatmaz hədəfləri də məhv edə bilərlər”
“ABŞ raketlərinin Avropada yerləşdirilməsi texniki cəhətdən axmaqlıqdır”.
Axar.az “Sputnik” radiosuna istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Hərbi Dəniz Qüvvələri komandanının eks-məsləhətçisi Teodor Postol çıxış edib.
Onun sözlərinə görə, Avropada raketlərin yerləşdirilməsi üçün heç bir hərbi səbəb yoxdur:
“Raketlərin yerləşdirilməsi yanlış dəyərləndirmə ilə bağlı şansları artıra, bu isə öz növbəsində nüvə savaşına gətirib çıxara bilər. ABŞ-ın “Traydent II” ballistik raketləri var. Bunlar atom sualtı qayıqları üçün nəzərdə tutulub. Onlar ən yüksək səviyyədə qorunan hədəfləri də məhv edə bilərlər. Bu raketlər Avropada yeni raketlərin yerləşdirilməsini cəfəngiyyata çevirir”.
Mənbə:> Axar.az