Azərbaycan xalqı öz ordusu üçün 63 milyon manatdan çox vəsait topladı
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna iyun ayının 1-dək yığılan vəsaitin həcmi açıqlanıb.
Oxu.Az-ın Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, fonda 1 iyun 2015-ci il tarixədək 63.984.837,59 AZN, 211.791,88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.
Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.
Mənbə:> Oxu.Az