MDB-nin tanınmış polkovniki İŞİD-ə qoşuldu
Tacikistanın xüsusi təyyinatlı milli dəstəsinin komandirinin İŞİD-ə qoşulmasından sonra ölkədə terrorçuların fəaliyyəti və şaxələnməsinin qarşısını almaq barədə tədbirlərə başlanılıb.
ANS PRESS-in məlumatına görə, Tacikistanın ən yaşxı təlim görmüş hərbçilərindən biri kimi tanınan Gülmurad Xalimov adlı polkovnik İŞİD terror qruplaşmasına qoşulduğunu əks etdirən video yayımlayıb.
Videoda qara rəngli geyimdə görünən Xalimovun əlində silah olduğu diqqət çəkir. O, terrorçulara qoşulmaq səbəbini ölkəsində din siyasətinin düzgün aparılmaması ilə əlaqələndirib.
Sözügedən videonun yayılmasından sonra ölkədə “Vkontakte” və “OdnoKlassniki” kimi geniş şəbəkə saytlarına girişə qadağa qoyulub.
Qeyd edək ki, Orta Asiyadan yüzlərlə radikal islamçılar Suriyaya terrorçulara qoşulmaq üçün gedib.
Mənbə:> ANSPRESS