Ermənistanda yoxa çıxmış Su-25 təyyarəsi yarğanda tapıldı, pilotlar ölüb » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Hadisə

Ermənistanda yoxa çıxmış Su-25 təyyarəsi yarğanda tapıldı, pilotlar ölüb – YENİLƏNİB

Ermənistanda yoxa çıxmış Su-25 təyyarəsi yarğanda tapıldı, pilotlar ölüb

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi qəzaya uğrayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin Müdafiə Nazirliyi mətbuat xidmətinin katibi Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itən döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot ölüb. Bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır.

Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidən tapılıb.

* * *13:48

Ermənistan Silahlı Qüvvələrinin radarlardan yoxa çıxmış Su-25 hərbi təyyarəsi ölkənin Şirak vilayətinin Bardzraşen kəndinin yaxınlığında yarğanda tapılıb.

Virtualaz.org “Shamshyan.com” erməni nəşrinə istinadən xəbər verir ki, hərbi maşının və pilotunun başına gələnlər barədə əlavə məlumat yoxdur.

* * *12:57

Bu gün yerli vaxta saat 10:20-də Ermənistan Silahlı Qüvvələrinin Su-25 hərbi təyyarəsi ilə əlaqə itib.

Virtualaz.org “Aysor” erməni nəşrinə istinadən xəbər verir ki, təyyarə gündəlik hərbi hazırlıq planına müvafiq olaraq, təlim-məşq uçuşu həyata keçirirmiş.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə saat 10:06-da Gümrü şəhərinin hava limanından uçuş edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *