Zakir Həsənov NATO-nun toplantısına gedir
İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.
Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Azərbaycanı toplantıda müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edəcək.
Toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.
Mənbə:> Virtualaz.org