Pakistan Türkiyədən 30 hərbi vertolyot alacaq

Pakistan Türkiyə istehsalı olan 30 ədəd “ATAK” vertolyotunun satın alınması ilə bağlı bu ölkə ilə müqavilə imzalayıb. Müqavilə üzrə danışıqlar 2017-ci ildən aparılırdı.
Müqavilənin təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Türkiyə vertolyotlarının Pakistana satışına qarşı çıxmışdı.
Mənbə: Virtualaz.org