Qətərdə qadınlara orduda xidmət etməyə icazə verilib » AzNews.info -Xəbər portalı

Qətərdə qadınlara orduda xidmət etməyə icazə verilib

Qətərdə qadınlara orduda xidmət etməyə icazə verilib


Qətər əmiri Tamim bin Həmad əl Tani ölkədə kişilər üçün hərbi xidmətin 3 aydan 1 ilədək uzadılması barədə qanun imzalayıb.


Qətər özünün Hərbi Xidmət Akademiyasını da yaradacaq

AzNews.info "Report"a istinadən bildirir ki, bu barədə "QNA" agentliyi bildirib.

Agentliyin xəbərində qeyd edilir ki, yeni qanunla ölkə qadınları hərbçi ola bilərlər. Ölkənin 18 yaşını tamam etmiş qadınları yeni qanunla ilk dəfə könüllülük əsasında orduda xidmət hüququ ilə təmin ediliblər.

"Yaşı 18-dən 35-ə qədər olan kişilər icbari hərbi xidməət keçməlidirlər. Qadınlar üçün Vətənə xidmət könüllüdür", - deyə agentlik bildirib. Qanunda həmçinin hərbi xidmətdən yayınanlar üçün 3 ilədək həbs cəzası və 50 min rial (təxminən 15 min ABŞ dolları) məbləğində cərimə nəzərdə tutulur. Qətərin kişi sakinləri 18 yaşları tamam olduqdan 2 ay sonra orduya getməlidirlər.

Bundan əlavə, Qətər özünün Hərbi Xidmət Akademiyasını da yaradacaq.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *