Rusiya qərbə tərəf döyüş başlıqlı “İsgəndər-M” raketi buraxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Rusiya qərbə tərəf döyüş başlıqlı “İsgəndər-M” raketi buraxdı

Rusiya qərbə tərəf döyüş başlıqlı “İsgəndər-M” raketi buraxdı

Rusiyanın Qərb hərbi dairəsinin qoşun birləşmələri “Kapustin Yar” poliqonunda döyüş başlıqlı “İsgəndər-M” raketi ilə şərti hədəfə zərbə endiriblər. Virtualaz.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə raket 100 kilometr məsafədə şərti düşmənin komanda məntəqəsini yüksək dəqiqliklə vurub. Nazirlik raket buraxılışı zamanı şəxsi heyətin işini “əla” qiymətləndirib. “İsgəndər-M” raketinin buraxılması Qərb hərbi dairəsinin qoşunlarının taktiki təlimlərinin yekun mərhələsi olub.

Rusiya Kalininqrad vilayətində “İsgəndər-M” operativ-taktiki raketləri yerləşdirib. Nüvə başlığı daşıyan və 400 kilometr radiuslu bu raketlər kvaziballistik trayektoriya ilə uçur, Rusiya tərəfi əmindir ki, raketi neytrallaşdırmaq mümkün deyil.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *